Tibbi xəbərlər
4 əlamət zəifləmiş immunitet sistemini
Tibbi xəbərlər
182

4 əlamət zəifləmiş immunitet sistemini göstərir

İmmunitet sistemi zəiflədikdə orqanizmin müxtəlif infeksiyalara qarşı mübarizəsi çətinləşir.

E-saglam.az xəbər verir ki, diyetoloq Susie Perry immunitet sisteminin zəiflədiyini göstərən dörd əlamət müəyyən etdi.

Şiddətli yorğunluq - Vücudunuz aşağı dərəcəli infeksiyaya qarşı mübarizə ilə məşğul olduqda, enerji ehtiyatlarınızı çox vaxt tükəndirir. Həddindən artıq yorğunluq immunitetin həddindən artıq yüklənməsini göstərir.

Həzm problemləri - İmmunitet hüceyrələrinin 70%-i mədə-bağırsaq traktında, bağırsağın selikli qişasında yerləşir. Onlar bədənə daxil ola biləcək toksinlərlə mübarizə aparır və qida maddələrinin axını tənzimləyirlər. Buna görə də zəifləmiş immunitet sistemi mədə kramplarına və ishala səbəb ola bilər.

Tez-tez soyuqdəymə - Bu, viral infeksiyalarla mübarizə aparan antikorlar istehsal edən limfositlərin qeyri-kafi istehsalına görə baş verir.

Tipik olaraq, ildə iki-üç soyuqdəymə gözləmək olar. İldə dörddən çox hadisə zəifləmiş immunitet sisteminin mümkün əlamətidir.

Gizli infeksiyalar - Diş ətinin qanaması, ayaq nahiyəsi və mədə narahatlığı infeksiyaların əlamətləri ola bilər. Onlar mütləq ciddi bir şey göstərmirlər, lakin yenə də bədəndə bir şeyin səhv olduğunu göstərirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun