Son vaxtlar Azərbaycanda qurbağa ətinə maraq artmaqdadır. Bakıda dəniz məhsulları satışı ilə məşğul olan mağazaların satıcılarının sözlərinə görə, delikates hesab olunan bu məhsul, əsasən, Asiya ölkələrindən idxal olunur. Qurbağalar dondurulmuş şəkildə ölkəyə gətirilir və biri 3-5 manat aralığında satışa çıxarılır. Dad baxımından toyuq ətinə bənzədilsə də, daha yumşaq teksturaya və nisbətən şirin dada malik olduğu deyilir. Xarici mətbəxlərə olan marağın artması və yeni dadlara açıq istehlakçı qruplarının formalaşması qurbağa ətinə tələbatın yüksəlməsinə səbəb olub.
Bəs qurbağa əti dini baxımdan halal hesab olunur, yoxsa haramdır?
E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sualını cavablandıran ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, Məhəmməd peyğəmbərin dövründə qurbağanın öldürülməsi qadağan edilib, yeyilməsi isə caiz görülməyib.
"İslam fiqh məktəbləri qurbağanın ətinin yeyilməsini icazəli saymır", - deyə o qeyd edib.