Sağlamlıq
Qocalmanı "tormozlayan"
Sağlamlıq
286

Qocalmanı "tormozlayan" super güc

Qlutatyon güclü antioksidant olub, yaşlanmanı yavaşlatmaqda mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, bədəndə nə qədər çox olarsa, hüceyrələr və mitoxondriya bir o qədər sağlam qalır. Hüceyrələri qoruyur, immuniteti gücləndirir, qaraciyəri toksinlərdən təmizləyir və xərçəng riskini azaldır. Sərbəst radikallarla mübarizə apararaq qocalma prosesini ləngidir. Hüceyrələrin bərpasını dəstəkləyir və yeni hüceyrə istehsalını artırır.

Tədqiqatlar uzunömürlü insanların glutatyon səviyyələrinin daha yüksək olduğunu göstərir. Aşağı səviyyəsi hüceyrə ölümünü sürətləndirir və xəstəlik riskini artırır. Sağlam həyat üçün qlutatyon səviyyəsini artırmaq vacibdir. Yaşlanma, stress və pis qidalanma onun miqdarını azaldır.

Brokoli, kələm, avokado, sarımsaq, pomidor kimi qidalar bu səviyyəni artırmağa kömək edir. Fiziki fəaliyyət və yaxşı yuxu da təsirlidir. C və E vitaminləri qlutatyonun yenilənməsinə kömək edir. Onu inyeksiya və ya əlavələrlə qəbul etmək olar, lakin həkim məsləhəti şərtdir. Azalması xroniki xəstəliklərlə əlaqələndirilir.

Sağlam qalmaq üçün bədənin qlutatyon ehtiyatını qorumaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun