Yorğunluq yuxusuzluq, pis qidalanma kimi bir çox faktorlardan qaynaqlana bilər.
E-saglam.az xəbər verir ki, NHS mütəxəssisləri özünüzü daha enerjili hiss etməyin bir neçə yolunu sadalayıb.
Yorğunluqdan tez qurtulmağınıza nə kömək edəcək?
Böyük, nadir yeməklər yeməkdənsə, müntəzəm yemək yeyin və hər üç-dörd saatdan bir sağlam qəlyanaltılar yeyin.
- Daimi fiziki fəaliyyət.
- Kilolu olsanız arıqlayın.
- Yaxşı yuxu: Hər gün eyni vaxtda yatın və oyanın.
- Yatmaqda çətinlik çəkirsinizsə, axşam saatlarında kofeindən uzaq durun.
- Stressin azaldılması.
- Daha çox su iç.
Mütəxəssislər xroniki yorğunluq üçün faydalı ola biləcək məhsulları da sadalayıblar.
B12 vitamini mənbələri: qabıqlı balıqlar, midye, xərçəngkimilər, süd məhsulları, yumurta;
Folat mənbələri: tünd yarpaqlı göyərti, paxlalılar, sitrus meyvələri;
C vitamini mənbələri: çiyələk, kivi, şirin bibər, portağal, brokoli, pomidor;
Maqnezium mənbələri: qoz-fındıq və toxumlar, paxlalılar, bütün taxıllar;
Sinkin mənbələri: istiridyə, qırmızı ət, quş əti, qabıqlı balıqlar, paxlalılar.
Tərcümə: Könül Oruc