Sağlamlıq
Palma yağı haqqında əsas mif dağıdıldı -
Sağlamlıq
232

Palma yağı haqqında əsas mif dağıdıldı - Faydalı imiş?

Yüksək doymuş yağ tərkibinə görə tez-tez tənqid edilən palma yağının faydalı xüsusiyyətləri də var.

E-saglam.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, Moskva Dövlət Universitetinin farmakologiya kafedrasının müdiri Oleq Medvedev Lenta.ru ilə söhbətində məlumat verib. 

Medvedevin sözlərinə görə, palma yağı çoxlu miflərlə əhatə olunub. Onlardan ən vacibini sağlamlığa mütləq zərərli olduğuna inanc adlandırdı.

"Tibbi nöqteyi-nəzərdən palma yağının dünyanın heç bir ölkəsində istifadəsi qadağan olunmayıb. Bəli, bu, ideal yağ deyil, necə ki, prinsipcə ideal məhsul yoxdur", - ekspert bildirib. O, palma yağının 50 faiz doymuş yağ olduğuna aydınlıq gətirib, lakin bu, qida məhsulları arasında rekord göstərici deyil. Onun sözlərinə görə, süd yağında doymuş yağların nisbəti 66 faizə çatır.

“Yəni, süd yağının həddindən artıq istehlak edildikdə də kifayət qədər zərərli məhsul olduğu ortaya çıxır”, - deyə alim izah edib.

Medvedev bildirib ki, palma yağının digər mühüm üstünlüyü odur ki, o, dünyanı trans yağlardan təmizləməyə kömək edir və bunun zərəri tibb ictimaiyyəti tərəfindən dəfələrlə təsdiqlənir. Mütəxəssisin sözlərinə görə, bitki yağına süni şəkildə bərk tekstura verildikdə insan üçün zərərli olan trans yağlar əmələ gəlir. Palma yağı təbiətcə yarı bərk olduğu üçün belə emal tələb etmir.

“Palma yağından imtina etmək orqanizmə dağıdıcı təsir göstərən trans yağlara qayıtmaq deməkdir”, - ekspert xəbərdarlıq edib.

Medvedev palma yağının da faydalı xüsusiyyətlərə malik olduğunu vurğulayıb. O, bu məhsulun zeytun yağında da olan olein turşusunun olduğunu diqqətə çatdırıb.

"Bu turşu xolesterini aşağı salmağa qadirdir, serum xolesterini və lipoprotein profilinə təsir edir. Yağın tərkibində həmçinin karotenoidlər və E vitamini, bütün bədən sistemlərinin düzgün işləməsi üçün lazım olan maddələr var", - Medvedev yekunlaşdırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun