Tibbi xəbərlər
Prezervativlərdə və intim gellərdə
Tibbi xəbərlər
224

Prezervativlərdə və intim gellərdə “əbədi kimyəvi maddələr” aşkarlandı

Yeni araşdırmalar müəyyən edib ki, bir neçə markanın prezervativlərində və sürüşkənləşdirici intim gellərində PFAS – toksik "əbədi kimyəvi maddələr" var.

E-saglam.az xəbər verir ki, söhbət “Trojan” və “KY Jelly” brendlərindən gedir.

“Mamavation” – istehlakçını müdafiə qrupu tərəfindən aparılan sınaq insan dərisinin PFAS-i əvvəllər düşünüldüyündən daha yüksək miqdarda udduğunu aşkar edib.

"Cinsiyyət orqanlarının dərisi çox nazikdir və burada çoxlu qan damarları var. Bu da onları "əbədi kimyəvi maddələrə" qarşı ən həssas orqanlardan biri edir”, - deyə “Mamavation”ın elmi məsləhətçisi Linda Birnbaumun hesabatında deyilir.

PFAS bəzi məhsulları suya, ləkələrə və istiyə davamlı etmək üçün tez-tez istifadə edilən, təxminən 15 000 kimyəvi maddəyə verilən ümumi addır. Onlar təbii olaraq parçalanmadıqları üçün "əbədi kimyəvi maddələr" adlanırlar.

Onların xərçəng, qaraciyər problemləri, qalxanabənzər vəzi problemləri, doğuş qüsurları, böyrək xəstəlikləri, immunitetin azalması, sonsuzluq və digər ciddi sağlamlıq problemləri ilə əlaqəli olduğu bilinir.

PFAS, həmçinin reproduktiv toksin hesab olunur. Onlar endokrin sistemə mənfi təsir göstərə bilər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun