Moskva və bütün Rusiyanın Patriarxı Kirill koronavirusa yoluxub.
"E-saglam.az" oxu.az-a istinadla xəbər verir ki, Bu barədə Kilsənin Cəmiyyət və media ilə əlaqələr üzrə Sinodal Departamentinin sədri, Patriarxın mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Vladimir Leqoyda məlumat verib.
“Patriarx Kirilldə COVID-19 virusu aşkarlanıb. Ona yataq rejimi və təcrid məsləhət görülüb. Patriarxın yaxın günlərdə bütün planlaşdırılan görüşləri və səfərləri bu səbəbdən ləğv edilir”, - deyə Rus Pravoslav Kilsəsinin saytında bildirilib.
Mətbuat katibi onu da əlavə edib ki, patriarxın vəziyyəti qənaətbəxşdir.
Mənbə: İzvestiya