Faydalı
Mütəxəssislərdən xəbərdarlıq:
Faydalı
422

Mütəxəssislərdən xəbərdarlıq: Bu üç qidanı soyuducuda saxlamayın

Mütəxəssislər soğan, sarımsaq və kartofun soyuducuda saxlanmasının sağlamlıq üçün təhlükəli olduğunu vurğulayır.

E-saglam.az xəbər verir ki, bu qidaların yanlış şəraitdə saxlanması qida zəhərlənməsinə və kanserogen maddələrin yaranmasına səbəb ola bilər.

Soğan: Rütubətli və soyuq mühitlərdə soğan tez kiflənir və sağlamlıq üçün risk yaradır. Cücərmiş soğanların tərkibində daha çox antioksidan ola bilər, lakin soyuducuda saxlandıqda sürətlə xarab olur və zəhərlənmə riski yaradır. Soğanı sərin və quru yerdə saxlamaq daha təhlükəsizdir.

Kartof: Soyuq mühitdə kartofun quruluşu pozulur və zəhərli solanin maddəsi yaranır. Bu, bişirildikdə kanserogen akrilamid miqdarını artırır. Kartof üçün ideal saxlama yeri qaranlıq, sərin və quru mühitdir.

Sarımsaq: Soyuducuda saxlanılan sarımsaq dadını itirir və acılaşır. Sarımsağın düzgün saxlanma üsulu otaq temperaturunda, hava axını olan qaranlıq yerdədir.

Bu qidaları düzgün şəraitdə saxlamaqla həm onların dadını, həm də sağlamlığınızı qorumaq mümkündür. Mütəxəssislərin tövsiyəsinə əməl edərək qida təhlükəsizliyini təmin edə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun