Tibbi xəbərlər
Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirilib
Tibbi xəbərlər
176

Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirilib

Səhiyyə Nazirliyi koronavirus xəstələrinin müalicəsi üçün inşa edilən modul tipli xəstəxanaların gələcək fəaliyyətinə aydınlıq gətirib.

E-saglam.az-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev ölkədə COVID-19-a gündəlik yoluxma sayının kifayət qədər azaldığını bildirib.

Onun sözlərinə görə, simptomlu xəstələrin sayı da nəzərəçarpacaq dərəcədə aşağı düşüb: “Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar, demək olar ki, boşdur. Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə gəlincə, həmin səhiyyə ocaqları bağlanmayıb, sadəcə fəaliyyətlərini dayandırıblar.

Xatırladım ki, anoloji hal pandemiyanın müxtəlif dalğaları zamanı da baş verib. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun