3 yaşa qədər körpələrə boş yerə təyin edilən ortopedik ayaqqabılar və bu tərz içliklər mənasızdır.
E-saglam.az-a danışan həkim-pediatr Günay Rəsulova deyir ki, 3 yaşa qədər körpələrə boş yerə təyin edilən ortopedik ayaqqabılar və bu tərz içliklər mənasızdır. Körpələrin ayaq tağında onsuzda piy yastıqcığı olur və bu yastıqcıq ayağı yastı göstərir. Əksinə belə sərt ayaqqabı və içliklər ayağın formalaşmasına mane olur.
Ayaq tağı düzgün formalaşması üçün körpələrin ayaqqabıları əldə ikiyə qatlana biləcək şəkildə yumşaq və rahat olmalıdır, mümkün qədər ayaqqabısız gəzməlidirlər.
Normal fizioloji quruluşa görə körpələrə ortopedik ayaqqabı, supinator, tok, massaj, fizioterapiya təyin edilməsi yersiz və mənasızdır, əksinə uşağın ayağına zərər verə bilər.
Yersiz müalicə və müdaxilələrə “yox” deyək.
Könül Oruc