Qidalanma
Kifləndikdən sonra hansı qidaları yemək olar? -
Qidalanma
218

Kifləndikdən sonra hansı qidaları yemək olar? - Mütəxəssis açıqladı

Kif göründükdən sonra bütün qidaları atmaq lazım deyil - onlardan bəziləri hələ də yemək üçün təhlükəsizdir.

E-saglam.az xəbər verir ki, bunu MailOnline-a Qrinviç Universitetinin qida təhlükəsizliyi üzrə eksperti Riçard Fuks deyib.

Mütəxəssisin fikrincə, alma, qoz-fındıq və taxılların üzərində kif əmələ gəldikdə dərhal zibil qutusuna atılmalıdır. Bu cür məhsulları istehlak edərkən insanlar allergiya, tənəffüs simptomları və ya mədə-bağırsaq pozğunluğu ilə qarşılaşa bilər.

Bundan əlavə, kif mikotoksinlər adlanan zəhərli birləşmələr istehsal edə bilər ki, bu da immunitet sistemini sıxışdırır və reproduktiv problemlər yarada bilər.

Kifli yumşaq pendir, giləmeyvə və çörəkdən də çəkinmək lazımdır. Yemək nə qədər yumşaq və sulu olarsa, kifin məhsula nüfuz etməsi bir o qədər asan olar.

Kifli olsa belə yeyilə bilən azsaylı qidalardan biri sərt pendirdir.

Sərt pendirlər və ya bərk meyvə və tərəvəzlər kimi sərt, sıx qidalar kif nüfuzuna daha davamlıdır, buna görə də kif kəsilə və qalanları yeyilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun