Plank qarın və digər əzələlər üçün əla məşqdir. Mütəxəssislər bunu niyə hər gün etməli olduğunuzu izah etdilər.
E-saglam.az xəbər verir ki, plank - qarın və bədənin digər əzələlərini gücləndirmək üçün çox effektiv məşqdir. Bu hərəkətdə siz ön qollar və barmaqlar üzərində duraraq bədəninizi düz xəttdə saxlamağa çalışırsınız. Sadə görünsə də, plank bütün bədənə ciddi təsir göstərir.
Plankın əsas faydaları:
Bel ağrılarını azaldır
Plank bədənin alt hissəsini, xüsusən də qarın və bel əzələlərini gücləndirir. Bu da bel ağrılarının qarşısını almağa kömək edir və duruşunuzu yaxşılaşdırır.
Maddələr mübadiləsini sürətləndirir
Plank zamanı əzələlər aktiv işlədiyi üçün orqanizm daha çox kalori yandırır. Bu, həm arıqlamaq, həm də əzələ qurmaq üçün faydalıdır.
Stressi azaldır
Bu məşq sinir sistemi üçün də faydalıdır. Plank, stress zamanı gərginləşən əzələləri rahatladır və bədəni sakitləşdirir.
Elastikliyi artırır
Plank çiyinlərdən başlayaraq ayaq barmaqlarına qədər bir çox əzələ qrupunu dartır. Bu da gündəlik hərəkətləri asanlaşdırır və idman zamanı zədələnmə riskini azaldır.
Tərcümə: Könül Oruc