Xəstəliklər
Hər 3 nəfərdən 1-ində qaraciyər yağlanmasına rastlanılır - Bu şəxslər risk altındadırlar
Xəstəliklər
78

Hər 3 nəfərdən 1-ində qaraciyər yağlanmasına rastlanılır - Bu şəxslər risk altındadırlar

“Hər 3 nəfərdən birində qaraciyər yağlanmasına rastlanılır”.

E-saglam.az xəbər verir ki, bunu türkiyəli professor Onur Yaprak deyib.

“Yağlanma irəliləyib iltihab və qaraciyərdə sərtləşməyə yol açarsa insanda əvvəlcə yorğunluq və halsızlıq, sağ qarın bölgəsində toxluq hissi ilə özünü göstərir. Qaraciyər yağlanmasının ən çox rastlanılan insanlar artıq çəki, yüksək təzyiq, xolesterol və diabet xəstəliyindən əziyyət çəkənlərdir. Bu insanların 80 faizində qaraciyər yağlanmasına rast gəlinir. Buna görə də qan təhlilləri və radioloji üsullarla bunu araşdırmaq lazımdır. Qan analizləri olaraq AST, ALT, GGT testləri verilməlidir. Eyni zamanda, yağlanmağa yol açan insulin dirənci üçün HOMA-IR və aclıq qan şəkəri, xolesterol və triqliserid də yoxlanılmalıdır. Qaraciyər yağlanmasından əziyyət çəkənlər bədən ağırlığının 10 faizini verəcək diet ve idman proqramlarına keçməlidirlər. Karbohidratla zəngin məhsullar, fastfood, doymuş yağ tərkibli qidaları azaltmaq lazımdır. Axşam 7-dən sonra yemək yeməməlisiniz. Gündə ən azı 1 saatlıq gəzintiyə çıxmaq lazımdır”./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun