Xəstəliklər
Günəş şüaları ZOB xəstələrinə ziyan vururmu?
Xəstəliklər
320

Günəş şüaları ZOB xəstələrinə ziyan vururmu?

Azərbaycanda qalxanvari vəzi xəstəliklərinə (el arasında “zob”) tez-tez rast gəlinir. Qalxanvari vəzi xəstəlikləri 2 cür olur: vəzin funksiyalarının artması və ya əksinə azalması ilə müşayiət olunan xəstəliklər.

Qalxanvari vəzinin fəaliyyətinin artması zamanı vəz daha çox hormonları ifraz edir ki, bu müxtəlif orqan və sistemlərdə pozulmlara səbəb olur: ürək döyünməsi artır, insan əsəbi, qıcıqlı olur, “səbəbsiz” arıqlayır və s. E-saglam.az bildirir ki, belə pozulmaya “tireotoksikoz” və ya “hipertireoz” deyilir.

Bilmək lazımdır ki, hipertireoz zamanı gün şüalarından sui-istifadə xəstəyə ziyan vura bilər. Günəşin təsiri nəticəsində qalxanvari vəzinin fəaliyyəti daha da artır. Bu səbəbdən tireotoksikozu olan insanlara “zaqar” almaq olmaz. Onlar yalnız səhər 10.00-a qədər və axşam 17.00-dan sonra az bir müddət ərzində gün şüalarını qəbul edə bilərlər.

Əksinə isə qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi zamanı gün şüaları faydalıdır və belə xəstələrə həkimlər daha çox günəşin altında olmağı tövsiyə edirlər. /Saglamolun.az/  

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun