Xəstəliklər
Ekzema xəstəliyinin yaranma səbəbi və fəsadları - Həkim danışır
Xəstəliklər
519

Ekzema xəstəliyinin yaranma səbəbi və fəsadları - Həkim danışır

“Yaxın qohumlarda ekzemanın aşkarlanması, amanezdə allergik patologiyaların olması, endogen və ekzogen amillərin təsiri bu xəstəliyin yaranma səbəbləri arasında ön sırada dayanır. Psixovegetativ, neyroendokrin və immunoloji dəyişikliklər də ekzemanın inkişafına təkan verə bilər. Müasir dermatologiyada ekzemanın bir neçə forması ayırd edilir: həqiqi, mikrob mənşəli, seboreyalı, uşaqlarda rast gəlinən və peşə ekzeması. Onların hər birinin özünəməxsus klinik xüsusiyyətləri vardır”.

E-saglam.az xəbər verir ki, həkim-terapevt Nərminə Abbasovanın sözlərinə görə ki, həqiqi ekzema residivləşməyə meyilli xroniki gedişə malikdir. Xəstəlik dərinin açıq sahələrində simmetrik iltihablaşma ocaqları ilə təzahür edir:

“Həqiqi ekzema zamanı iltihab ocaqları hiperemiyalı və ödemli, səthləri isə yaş olur. Ocaq daxilində seroz möhtəviyyatlı xırda vezikulalar müşahidə edilir. Vezikulalar partladıqdan sonra yerlərində ekzemaya xas mikroeroziyalar formalaşır. Həqiqi ekzema üçün «seroz quyucuqlar» sindromu səciyyəvidir.

Ekzema ocağından periferiyada tək-tək, iri ölçülü səpgilərə və qovuqcuqlara rast gəlinir. Zamanla yeni yaranan qovuqcuqların sayı azalır, mikroeroziyalar qartmaqla əvələnir, sağaldıqdan sonra qabıqlanma izlənilir.

Ekzema xəstəliyində bütün elementlər parlaq ifadə olunur. Zədələnmiş dəridə müxtəlif mərhələdə olan təzahürlərə təsadüf edilir. Xəstələrin əksəriyyəti qaşınmadan şikayətlənirlər. Əsas zədələnmə ocağından savayı, dərinin müxtəlif hissələrində səpələnmiş formada quru səpgilər görünə bilər. Ekzemanın uzunmüddətli gedişində dəridə durğun hiperemiya, ilfiltrasiya və hiperpiqmentasiya qeydə alınır”.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun