Sağlamlıq
Dünyanın ən yaşlı həkiminin 4 sirri:
Sağlamlıq
377

Dünyanın ən yaşlı həkiminin 4 sirri: 102 yaşında uzunömürlülüyün açarı nədədir?

Uzun və sağlam həyatın sirri hər kəsi maraqlandırır. Ginnesin Rekordlar Kitabına əsasən, dünyanın ən yaşlı fəaliyyətdə olan həkimi – 102 yaşlı Dr. Hovard Taker bu sualın cavabını həyat tərzi ilə verir.

E-saglam.az xəbər verir ki, Hovard Taker yalnız uzun yaşamaqla kifayətlənmir, eyni zamanda aktiv və mənalı həyat sürür. Bu gün də o, tibb tələbələrinə dərs deyir, yeni texnologiyaları öyrənir və həyata olan marağını qoruyur. Onun sözləri və vərdişləri uzunömürlülük üçün dəyərli bir bələdçidir. Gəlin, Dr. Takerin sağlam və uzun ömrünün 4 əsas sirrinə baxaq:

1. Təqaüd uzunömürlülüyün düşmənidir

Dr. Taker təqaüdə çıxmağı heç vaxt düşünməyib. Onun fikrincə, insanı yaşadan maaş deyil, səhər oyanmaq üçün səbəbdir. “İnsan həyatına məna qata bildikcə, ruhu da, bədəni də canlı qalır”, – deyə o bildirir.

Araşdırmalar da bunu təsdiqləyir. Health Psychology jurnalında dərc olunan bir tədqiqat göstərib ki, məqsədyönlü yaşayan insanlar daha uzunömürlü olurlar.

2. Öyrənmək heç vaxt gec deyil

102 yaşlı həkim yeni texnologiyaları öyrənməkdən çəkinmir. TikTok-u belə nəvəsinin köməyi ilə istifadə etməyə başlayıb. O etiraf edir ki, yaşlandıqca öyrənmək çətinləşsə də, bu bacarıq qorunmalıdır. “Bu dünyada qalmaq istəyirəmsə, ayaqlaşmalıyam,” – deyə o vurğulayır. Onun fikrincə, maraq hissi insanı ruhi və zehni cəhətdən gənc saxlayır.

3. Xeyirxahlıq ən yaxşı dərmandır

Dr. Takerin uzun ömrünün sirri nə bahalı əlavələr, nə də sərt pəhrizlərdir. Onun sadə resepti var: "Mehriban olun. Xoşbəxt yaşayın. Siqaret çəkməyin. Kin tutmayın."

O, ailəsi ilə olan isti münasibətlərini, emosional rahatlığı öz sağlamlığının əsas dayağı hesab edir. “İşdə və evdə xoşbəxtlik sağlamlığın təməlidir,” – deyə o bildirir.

4. Yumor və hərəkət – gənc qalmağın sirri

Taker 80 yaşında xizək sürərkən boynunu sındırıb, 100 yaşında isə COVID-ə yoluxub, amma hər iki vəziyyətdən gülümsəyərək çıxıb. Hələ də qar ayaqqabısı ilə gəzintiyə çıxır və evinin idman zalında məşq edir.

O inanır ki, xoşbəxtlik əzələ kimidir – hər gün işlətmək lazımdır.

“Yaşamaq öləcəyini bilməkdir... və mən belə yaşayıram”

Dr. Hovard Taker üçün yaş almaq qorxulu deyil. O, qocalmağa deyil, dolu-dolu yaşamağa önəm verir. Onun sadə, lakin təsirli həyat fəlsəfəsi təkcə tibb işçilərinə deyil, hər bir insana ilham verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun