Tibbi xəbərlər
Doğum evindəki körpə ölümünə görə cinayət işi başlanıldı
Tibbi xəbərlər
453

Doğum evindəki körpə ölümünə görə cinayət işi başlanıldı

Bakıda körpənin ehtiyatsızlıqdan öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə E-saglam.az -a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il iyulun 26-da “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş vermiş və nəticədə uşaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun