Yüksək qan təzyiqi ürək xəstəliyinə və vuruşa səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, diyetoloq Lauren Panoff, təbii olaraq qan təzyiqinizi aşağı salmağa kömək edə biləcək yeddi ot və ədviyyatı açıqlayıb.
Reyhan - qan damarlarını rahatlaşdıran təbii kalsium kanallarının blokatoru olan eugenol ehtiva edir.
Sarımsaq qan dövranını yaxşılaşdıran və bəzi dərmanlar kimi fəaliyyət göstərən allisinlə zəngindir.
Kəklikotu - onun tərkibində qan təzyiqini aşağı salan rozmarin turşusu var.
Cəfəri “pis” xolesterinin səviyyəsini azaldan antioksidant mənbəyidir.
Kərəviz toxumu - təbii kalsium kanal blokerləri kimi çıxış edir.
Zəncəfil - qan axını yaxşılaşdırır.
Darçın - qan damarlarını rahatlaşdırır və təzyiqi normal saxlamağa kömək edir.
Diyetoloqun fikrincə, təzyiqi normallaşdırmaq üçün siz də düzgün qidalanmalı, idman etməli, siqaret və spirtdən imtina etməlisiniz.
Tərcümə: Könül Oruc