Xəstəliklər
Dərinizdə olan bu ləkələr şəkərli diabetin gizli simptomudur
Xəstəliklər
950

Dərinizdə olan bu ləkələr şəkərli diabetin gizli simptomudur

2-ci tip şəkərli diabet uzun müddət ərzində gizli inkişaf edə bilir.

Bu çox təhlükəlidir - şəkərin daim yüksək səviyyədə olması orqanizmdə müxtəlif pozulmaların yaranması, sinirlər, damarların zədələnməsinə səbəb olur. Məhz bu səbəbdən diabeti vaxtında aşkar etmək və qanda şəkərin səviyyəsini tənzimləmək çox vacibdir.

Diabetin klassik simptomları var: keçməyən susuzluq hissi, yorğunluq, sidik ifrazının artması. Lakin bu simptomlardan əlavə dəridə əmələ gələn bəzi dəyişikliklər də diabetin gizli inkişafına işarə edir.

E-saglam.az bildirir ki, söhbət dərinin üzərində “qara akantoz”un yaranmasından gedir. Bu zaman dərinin müxtəlif yerlərində, xüsusilə boyun, qoltuğaltı, qasıq büküşlərində dəri qaralır və “məxmər” kimi olur. Həmçinin belə ləkələr qaşına və ya iy verə bilir. Sizdə bu simptomlar varsa, vaxt itirmədən endokrinoloqa müraciət edin.

Mütəxəssislər qeyd edirlər ki, şəkərli diabetin erkən diaqnostikası çox vacibdir. Qanda şəkərin səviyyəsinin daim yüksək olması insanda ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riskini kəskin artırır.   

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun