"Ürək xəstəliklərindən əziyyət çəkənlərlə digər xəstələrin COVID-19-a yoluxmasında heç bir fərq yoxdur, amma yoluxduqdan sonra ürək xəstələri xəstəliyi daha ağır keçirir".
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov deyib.
Onun sözlərinə görə, virusa qarşı istifadə olunan dərmanların ürək xəstəliyi üçün olan dərmanlarla birgə istifadəsi çox təhlükəlidir:
“Bu səbəbdən həmin xəstələr həkimə xəbər verməli və düzgün müalicə metodu seçilməlidir”.