Tibbi xəbərlər
Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb
Tibbi xəbərlər
229

Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb

Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülməsi əməliyyatı icra olunub.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, 21 nəfərə sümük iliyi, 49 nəfərə gözün buynuz qişası köçürülüb: “Bütün rəqəmlər keçən illə müqayisədə artıb”.

Mərkəz sədri bildirib ki, bu gün ölkədə 600-ə yaxın şəxs orqan köçürülməsi ilə bağlı donor gözləyir: “Hazırda ölkədə ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var. Belə ki, bu gün dializ alan şəxslərin sayı 4 mindir. İkinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələri gəlir. Bu köçürülmə üçün mütləq canlı donor lazımdır”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun