Qidalanma
Alimlər müəyyən ediblər ki, bu süni dadlandırıcı
Qidalanma
226

Alimlər müəyyən ediblər ki, bu süni dadlandırıcı bağırsaqları zədələyir

Yeni araşdırma nəticəsində məlum olub ki, yeni nəsil süni dadlandırıcılardan biri olan neotam insan bağırsağına zərər verə bilər və müxtəlif xəstəliklərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, məqalə "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Anglia Ruskin Universitetinin alimləri müəyyən ediblər ki, neotam birbaşa bağırsaq epitelini zədələyə bilər, epitel hüceyrələrinin ölümünə səbəb olur və dolayı yolla sağlam bağırsaq bakteriyalarına zərər verə bilər. Bu, irritabl bağırsaq sindromunun və sepsisin inkişafına səbəb ola bilər.

Neotam içkilərdə, müxtəlif qidalarda və saqqızda olur. Süni dadlandırıcıların arıqlamağa kömək etdiyi, qlükoza dözümsüzlüyü və 2-ci tip diabetli insanlara kömək etdiyi sübut edilmişdir. Bununla belə, bu yeni araşdırma, daha yaxınlarda hazırlanmış bəzi süni dadlandırıcıların toksik təsirləri ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun