Tibbi xəbərlər
Elm adamları darçının tərkibində saç tökülməsinə qarşı vasitə tapıblar
Tibbi xəbərlər
153

Elm adamları darçının tərkibində saç tökülməsinə qarşı vasitə tapıblar

Saçların bərpası müalicələri cərrahi (saç transplantasiyası) və ya qeyri-cərrahi (dərman) üsullarla məhdudlaşır.

E-saglam.az xəbər verir ki, Yaponiyanın Yokohama Milli Universitetinin alimləri bildiriblər ki, darçının tərkibindəki komponentlər saç tökülməsi ilə mübarizədə yeni üsul ola bilər.

Məlumdur ki, darçın dəriyə cavanlaşdırıcı təsir göstərir, həmçinin oksitosin reseptorlarına təsiri sayəsində elastikliyini artırır - "sevgi hormonu" saçların uzanmasına kömək edir. Scientific Reports jurnalında dərc olunan yeni araşdırmada mütəxəssislər darçının tərkibindəki darçın turşusunun oksitosin istehsalına və saç böyüməsi ilə əlaqəli genlərə təsirini qiymətləndiriblər.

Məlum olub ki, məşhur ədviyyatın tərkib hissəsi həqiqətən saç böyüməsini stimullaşdırır. Gələcək tədqiqatlarda alimlər bu tərkibdən istifadə edərək yeni dərmanların yaradılması məsələsi üzərində işləmək niyyətindədirlər.

Sinnamik turşuya həmçinin sitrus meyvələrində, üzümdə, kakaoda, ispanaqda, kərəvizdə və brassica tərəvəzlərində, o cümlədən brokoli, Brüssel kələmi, gül kələmində rast gəlmək olar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun