Dünyada ilk dəfə qulaqdakı çirki təmizləyən qulaqlıq icad olunub.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, "OtoSet" adı verilən qulaqlıq eyni zamanda yeni qulaq təmizləyicisidir.
Cihaz Seattleda yerləşən SafKan tibbi startap tərəfindən yaradılmışdır. Qeyri-adi qulaqlıq yalnız qulaq kanallarını hərtərəfli təmizləməyi vəd edir. Və bu işi nə az, nə çox cəmi 35 saniyəyə yerinə yetirir.
Sistem dəbli qulaqlıq dəstini xatırladan, suvarma və mikrosorma texnologiyasından istifadə edərək qulaq kirini təmizləyən, geyilə bilən qadcetə inteqrasiya olunub.
Könül Oruc
Video üçün link: https://www.instagram.com/p/CqV8aGdDNw-/
FOTOLAR