Tədbirlər
Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının
Tədbirlər
976

Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyası və "Seni" şirkətinin dəstəyi ilə Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsi keçirilib.

E-saglam.az xəbər verir ki, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladlarının ifasında Azərbaycan Himni səsləndirilib, həmçinin Himnin sözləri əlilliyi olan şəxslər tərəfindən işarət dilində təqdim olunub. 

Çempionatda 5 kateqoriya (BC1, BC2, BC3, BC4, BC5) və uşaq kateqoriyasında 100-ə yaxın idmançı iştirak edib. 

Final yarışları həmin kateqoriyalar üzrə finala çıxan paralimpiyaçılar arasında keçirilib. 

Yekunda qaliblərin adları açıqlanaraq onlara mükafatlar təqdim edilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən çempionat beynəlxalq boccia təşkilatı BISFED qaydalarına əsasən təşkil edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun