Tibbi xəbərlər
Bədəndə qaşınmalar qaraciyərdən ola bilərmi?
Tibbi xəbərlər
428

Bədəndə qaşınmalar qaraciyərdən ola bilərmi?

Qaraciyər bədənimizdə bir çox funksiyalar üzrə cavabdeh olan çox əhəmiyyətli bir orqandır. Qaraciyərdə bir zədə meydana gələndə bədənimiz müxtəlif işarələr verir. Bədənin yuxarı hissəsində, bel, kürəkdə qaşınma qaraciyər problemlərindən xəbər verə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə terapevt-hepatoloq Tofiq Əkbərov məlumat verib.

Həkimin sözlərinə görə, qaraciyər çatışmazlığı olduqda filtr prosesi işləmir, qana toksiki maddələr keçir. Qanda arzuolunmaz maddələr artanda birinci reaksiyanı dəri göstərir. Nəticədə qaşınma başlayır.

Tofiq Əkbərov bildirib ki, qaraciyər orqanizmin əsas fabrikidir. O, pis işlədikdə, qalıqlar, toksinlər qanda toplaşır. Əgər qaşınma nəzarətə alınmazsa, dırnaqlar dərinin tamlığını pozub neyrodermitə səbəb ola bilir. Qıcıqlanmış dəridə infeksiya və ayrıca dəri xəstəlikləri yaranır. Bu isə, xəstəyə əlavə problemdir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun