Xəstəliklər
"Baletka" ayaqqabılar hansı xəstəliklərə səbəb olur? - HƏKİM DANIŞIR
Xəstəliklər
673

"Baletka" ayaqqabılar hansı xəstəliklərə səbəb olur? - HƏKİM DANIŞIR

"Uşaqlarda ayaq ağrıları, gənclərdə bel problemləri sürətlə artır. Ciddi müalicəyə ehtiyacı olan xəstəliklərə gənc yaşlarda rast gəlinir".

E-saglam.az bildirir ki, bu fikirləri Lent.az-a açıqlamasında həkim-fizioterapevt Ramin Quliyev bildirib.

Həkim qeyd edir ki, irəliləyən yaşlarda gənclərdə ciddi onurğa, ayaq və diz-omba problemləri səbəbi ilə sıxıntı yaşayacaq, protezlər qoyulacaq əməliyyatlara ehtiyac yaranacaq:

"Gənclərin "baletka" istifadə etməsi ilə daban, bel ağrısı, asıq tendon, kürək-bel onurğa və omba problemləri artır. Topuq hissəsi olmayan, ayağı saxlamayan, yanları yumşaq olan ayaqqabılarda, bədən ağırlığının 70 faizi topuqlar üzərinə düşür və onurğa əzələlərində gərginliyi artmasına, bel yırtığının inkişafına zəmin yaradır. Topuqsuz ayaqqabılar dizlərdə həddindən artıq təzyiq edərək menisk və diz bağ zədələnmələri kimi xəstəlikləri də artırır. Uzun müddət istifadə nəticəsində ayaq altındakı plantar əzələlərin gərginliyə səbəb olur".

Ramin Quliyev sağlam ayaqqabı seçimində aşağıdakı qaydalara əməl etməyi məsləhət görür:

- Arxa hissəsi pəncədən 2-4 santimetr yüksək olmalıdır.

- Ayaqqabının daban sahəsi sərt olmalı, ön tərəfdən bağlanmalıdır.

- Ayaqqabı dabanının zəmindəki nizamsızlıqlara qarşı qoruyucu olacaq formasında, təcrid təmin edəcək şəkildə qalın olması lazımdır.

- Mütləq "baletka" geyiniləcəksə, topuq hissədə silikon və astar istifadə edərək ayağa düşən yük dağılımı düzəldilməlidir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun