Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir. Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır.
Mövzu ilə bağlı E-saglam.az-a danışan həkim-terapevt Nərminə Abbasova deyir ki, bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir:
"Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər.
Dərman allergiyasını yaradan bir səbəb də əhalinin həddindən artıq dərman qəbul etməsidir. Uzun illərin allerqoloqu kimi məsləhətim odur ki, əhali imkan daxilində dərmanlardan uzaq olsun".