Şirin qazlı içkilər və limonadlar təkcə kilo almağa kömək etmir, həm də kişilərdə sperma keyfiyyətini ciddi şəkildə pisləşdirərək, onların məhsuldarlığını azalda bilər.
E-saglam.az xəbər verir ki, bu mövzu ilə bağlı bir sıra araşdırmaları təhlil edən Sinqapur Universitetinin alimləri belə qənaətə gəliblər. Nəticələr "Nutrients" jurnalında dərc olunub.
Məlumatların təhlili göstərdi ki, müntəzəm olaraq şəkərli içkilər qəbul edən kişilərdə sperma sayı azalır, sperma hərəkətliliyi pisləşir və DNT zədələnməsi artar. Bu təsirin arxasında duran dəqiq mexanizmlər hələ də öyrənilsə də, mütəxəssislər mənfi təsirləri oksidləşdirici stress, hormonal balanssızlıq və şəkərin artıqlığı nəticəsində yaranan insulin müqaviməti ilə əlaqələndirirlər.
Tədqiqatçılar qeyd ediblər ki, şəkərli içkilərin səbəb olduğu metabolik və hormonal pozğunluqlar təkcə reproduktiv funksiyaya deyil, həm də ümumi sağlamlığa təsir edə bilər.
Alimlər kişilərə, xüsusən də gənclərə soda və limonad istehlakını azaltmağı, onları su, şəkərsiz çay və ya seyreltilmiş şirələrlə əvəz etməyi tövsiyə edir.
Tərcümə: Könül Oruc