Hindistan alimləri kokos, kokos yağı və onun törəmələrinin sağlamlıq faydaları haqqında yenilənmiş icmalı təqdim ediblər.
E-saglam.az xəbər verir ki, nəticələr "Food Bioscience" jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, müxtəlif tədqiqatlar kokosun kardioprotektiv və neyroprotektiv təsirini göstərib. Müəlliflər əlavə edirlər ki, bu meyvədən olan məhsullar piylənməni aradan qaldıra və qan şəkərinin səviyyəsini aşağı sala bilər. Kokosun digər sağlamlıq faydası da ürəyə müsbət təsiridir.
Bütün bu sübut edilmiş faydalara baxmayaraq, bu cür məhsulların optimal dozasını və mümkün yan təsirlərini qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Tərcümə: Könül Oruc