Tibbi xəbərlər
550-dən çox uşağı olan kişi məhkəməyə verilib
Tibbi xəbərlər
347

550-dən çox uşağı olan kişi məhkəməyə verilib

Dünyada yüzlərlə uşağın bioloji atası olan hollandiyalı sperma donoru məhkəməyə verilib.

E-saglam.az xarici KİV-ə istinadən məlumat verir ki, məhkəmədə iddianı Hollandiyanın Uşaq Donor Fondu qaldırıb. Fond adı qara siyahıda olan hollandiyalı sperma donoru, 41 yaşlı Conatan M.-nin daha sperma bağışlamasını istəmir. Çünki sperma donorluğu ilə uşaq sahibi olan ailələr eyni donordan olan yüzlərlə uşağın qohum evliliyi riski ilə üzləşə biləcəyindən narahatdırlar.

Hollandiya qanunlarına görə, donorlar maksimum 12 qadına sperma verə və 25 uşağın bioloji atası ola bilərlər. Bu, eyni donordan olan uşaqların bir-biri ilə cinsi əlaqəyə girməsinin və irsi xəstəliklərin yayılmasının qarşısını almaq üçündür. Lakin qanuni maneələrə baxmayaraq Conatan gizlin ianələr edib. Onun Hollandiyada 102 uşağın bioloji atası olduğu müəyyən edilib. Ölkəsində donorluğu qadağan edilsə də, Conatan dünyanın müxtəlif yerlərindəki sperma banklarına və şəxslərə sperma bağışlamaqda davam edib. Hazırda müxtəlif ölkələrdə 550-dən çox uşağı var. Bu üsulla dünyaya gələn uşaqlar 16 yaşına çatdıqda bioloji atasının kimliyini öyrənə bilərlər.

Qeyd edək ki, Hollandiya Uşaq Donorları Fondu Conatandan indiyə qədər əməkdaşlıq etdiyi xarici klinikaların siyahısını təqdim etməsini tələb edib.

Fond bildirib ki, milli hökumətlər bu şəxs haqqında heç nə etmir. Onun internet vasitəsilə bütün dünyaya çıxışı var və beynəlxalq səviyyədə fəaliyyət göstərən böyük sperma bankları ilə iş aparır.

Mənbə: bakupost.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun