Bir çox insan yuxuya gedən zaman sanki yataqdan düşəcəkmiş kimi hiss edir və qorxur.
Əslində bu hadisə təbii vəziyyətlərdə olduğu kimi bəzi psixoloji və ya psixiatrik vəziyyətlərdə də ola bilər. Bu hadisə çoxları tərəfindən qorxu hissi kimi qəbul edilir.
E-saglam.az xəbər verir ki, psixoterapist Dos. Dr. Rıdvan Üney mövzu ilə bağlı məlumat verdi.
Yuxuya gedərkən düşmə hissini yaradan 7 səbəb
1. Yuxu dövrləri arasında keçid: Yuxumuz ardıcıl olaraq iki ayrı dövrdən ibarətdir. Nonrem və Rem dövrləri adlanan bu dövrlər; gecə ərzində 6-7 dəfə baş verir. Nonrem dövrü yuxumuzun 75% -ni əhatə edir. Bu dövrdə nəbzimiz və nəfəsimiz azalır. Əzələlərimiz rahatlaşır. Digər dövrdə, Rem dövründə, beynimizin işi sürətlənir, göz əzələlərinin işləmə sürəti artır, bədən əzələləri olduqca dərindən rahatlayarkən nəbzimiz artır. Bu dövrdə xəyallar görürük. Bu iki dövrün keçidi zamanı bədən əzələlərinin həddindən artıq rahatlaşması səbəbindən düşmə hissi yaşaya bilərik.
2. Kabus: Yuxu iflici deyilən bir xəstəlikdir. REM-NONREM yuxu mərhələlərində görülür. Stressli dövrlərdə artır. REM dövrünə keçid, insanın iflic olduğunu hiss etdiyi və ya yıxılmaq üzrə olduğu, ancaq müdaxilə edə bilməyəcəyi bir dövrdür.
3. Panik atak: Hər hansı bir səbəbdən meydana gələn panik atak, yuxuya gedərkən baş verə bilər. Bu, yatağın sürüşdüyü və ya yıxıldığı hissi yarada bilər.
4. Yuxu pozuntusu: Bu hiss gec yuxulamaq, tez-tez oyanmaq, erkən oyanmaq və oyanmaqda çətinlik çəkmək kimi bir çox cəhətdən meydana gələn yuxu xəstəliklərində yaşana bilər.
Endişelerin aşırı arttığı birçok psikiyatrik bozuklukta düşme hissine rastlanır.
5. Təşviş pozuntusu: Narahatlıqların həddindən çox artdığı bir çox psixiatrik xəstəlikdə düşmə hissi ilə qarşılaşır.
6. Stresli həyat: Əgər insan gündəlik həyatında həddindən artıq stres yaşayırsa və onu idarə edə bilmirsə, bədən bu cür reaksiyalarla həyəcan siqnalı verir. Stressə nəzarət üçün həllər hazırlanmalıdır.
7. Bəzi dərmanlar: Gecə içilən və qan təzyiqini qəfil aşağı salan bəzi dərmanlar bu hissə səbəb ola bilər.
Tərcümə etdi: Könül Oruc