Tibbi xəbərlər
Yumurtalıq xərçənginin müalicəsi üçün
Tibbi xəbərlər
274

Yumurtalıq xərçənginin müalicəsi üçün yeni dərman modeli hazırlanıb

İzmir Biotibb və Genom Mərkəzində araşdırmalar aparan araşdırma qrupu, yumurtalıq xərçənginin müalicəsində sağlam hüceyrələrə zərər verməyən yeni dərman modeli hazırlayıb.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Kayalı, xərçəng hüceyrələrini tanıyan və məhv edən dərman modelini inkişaf etdirərək patent almağı bacardıqlarını bildirib.

Xərçəng hüceyrələrində fərqli mutasiyaların inkişaf etdiyini və onların normal hüceyrələrdən fərqləndiyini qeyd edən Kayalı bunları belə izah etdi:" Biz əvvəlcə bu fərqləri müəyyən edib, onlar üçün dərmanlar hazırlayırıq. Beləliklə, sağlam hüceyrələri heç tanımayan, lakin xərçəng hüceyrələrinə qarşı təsirli olan dərmanlar hazırlayırıq. Bunun ən mühüm üstünlüyü onun yan təsirlərinin minimal olmasıdır. Lakin kimyaterapevtik dərmanlar müalicə prosesində daha çox yan təsir göstərə bilər. Biotexnoloji dərman əslində bizim araşdırmamızda angiogenez dediyimiz şiş hüceyrələrinin vaskulyarizasiyasını tamamilə dayandıraraq, onların oksigen və qida ehtiyaclarını qarşılayır.

Bu sistem əslində xərçəngi tanıyan və tez bir zamanda məhv edən bir dərman modeli oldu".

Kayalı, inkişaf etdirdikləri modelin patentləşdirildiyini, lakin dərman kimi istifadə edilmədən əvvəl bəzi proseslərin tamamlanması lazım olduğunu bildirib.

Yeni bir dərman hazırlamaq və bazara çıxarmaq üçün təxminən 15 il lazım olduğunu bildirən Kayalı qeyd edib ki, bununla bağlı Ar-Ge işləri əslində tamamlanıb: "Bunun xərçəng hüceyrələri üzərində çox təsirli olduğunu və sağlam hüceyrələrə zərər vermədiyini müəyyən etdik".

Tərcümə etdi: Könül Oruc 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun