Tibbi xəbərlər
Onurğanın sağlamlığı üçün ən pis gündəlik
Tibbi xəbərlər
47

Onurğanın sağlamlığı üçün ən pis gündəlik vərdişlər açıqlanıb

Ortoped Giancarlo Mariano bəzi gündəlik fəaliyyətlərin bel sağlamlığına ciddi təsir etdiyini söylədi.

E-saglam.az xəbər verir ki, o, "Metropoles"ə müsahibəsində onlardan ən pis beşini sadaladı.

Marianonun qeyd etdiyi kimi, onurğa sütununun sağlamlığı smartfonlar və digər qadcetlər səbəbindən pisləşir, çünki bir çox insanlar onlardan başlarını aşağı salaraq istifadə edirlər. Oturaq həyat tərzi də bel sağlamlığına mənfi təsir göstərir.

Mütəxəssisin adını çəkdiyi digər pis vərdiş yatmaq üçün yararsız yastıqdır ki, bu da gecə əzələlərin bərpasına imkan vermir və nəticədə ağrı və narahatlığa səbəb olur. Nəhayət, o, uzun məsafələrə fasiləsiz getməməyə və uzun müddət bir yerdə dayanmamağa çağırdı.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun