Yay aylarında süni mayalanma (IVF) müalicəsi alan qadınların hamilə qalma ehtimalı əhəmiyyətli dərəcədə artır.
E-saglam.az xəbər verir ki, 1100 qadının iştirak etdiyi araşdırma göstərib ki, günəşli və isti havalarda hamilə qalmaq ehtimalı iki dəfə yüksəlir. Bahar aylarında bu göstərici soyuq mövsümlərlə müqayisədə 75% daha yüksək olub.
Alimlər bunu yayda günəş şüaları ilə orqanizmdə təbii yolla artırılan D vitamini ilə əlaqələndirirlər. D vitamini hormonal tarazlığa və məhsuldarlığa müsbət təsir göstərir. Xüsusilə 25–30°C aralığında olan hava şəraitində süni mayalanma müalicəsinin uğur ehtimalı daha yüksəkdir.
Beynəlxalq Biometeorologiya Jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, müalicə vaxtının mövsümə uyğun planlanması IVF nəticələrini yaxşılaşdıra bilər.
Tərcümə: Könül Oruc