Yandex watch
Xiyarın orqanizm üçün

Xiyar – 95 faizi sudan ibarət, aşağı kalorili, təravətləndirici bir tərəvəzdir. Vitamin və minerallarla zəngin olan bu məhsul salatlardan tutmuş turşulara qədər müxtəlif formada istifadə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tərkibində A, C, E, K, B qrupu vitaminləri, kalium, maqnezium, kalsium, yod, antioksidantlar və lif var. 100 qramında cəmi 15 kkal var.

Həzmə kömək edir: Tərkibindəki lif və pektin sayəsində bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.

Detoks effekti verir: Sidikqovucu təsiri ilə bədəndən artıq maye, duz və toksinləri çıxarır.

İmmuniteti gücləndirir: C və B qrupu vitaminləri bədəni xəstəliklərə qarşı daha dayanıqlı edir.

Qan təzyiqini tənzimləyir: Kalium və maqneziumun sayəsində təzyiqi sabit saxlamağa kömək edir.

Dərini gözəlləşdirir: C və E vitaminləri dərinin rəngini yaxşılaşdırır, iltihabı azaldır.

Ürək-damar sistemini qoruyur: Xolesterini azaldır, damarları gücləndirir.

Diabetdə faydalıdır: Qan şəkərini sabitləşdirə və insulin istehsalını stimullaşdıra bilər.

Arıqlamağa kömək edir: Aşağı kalorili və su ilə zəngin olduğuna görə çəkisini qorumaq istəyənlər üçün ideal qidadır.

Su balansını tənzimləyir: Yüksək su tərkibi sayəsində orqanizmdə maye balansını saxlayır.

Kimlər xiyardan uzaq durmalıdır?

Bəzi insanlarda xiyara qarşı allergiya ola bilər. Həddindən atıq istehlak şişkinlik, ishal və ya qarın ağrısına səbəb ola bilər. Nitratlarla zəngin xiyar isə zəhərlənmə riski yarada bilər.

Xroniki qastrit, mədə xorası, xolesistit və pankreatitdən əziyyət çəkənlər təzə xiyar istehlakından çəkinməlidir. Çünki xiyardakı turşular bu xəstəlikləri şiddətləndirə bilər.

Turşu və duzlu xiyar mədə, bağırsaq, böyrək və ürək-damar problemi olanlar, habelə hipertoniya və diabet xəstələri üçün məsləhət görülmür. Tərkibindəki duz və sirkə xəstəlikləri kəskinləşdirə bilər.

Xiyar çiy, duzlu və ya turşu halda salatlarda, qəlyanaltılarda, içkilərdə istifadə olunur. Qısa meyvəli xiyar konservləşdirmə üçün, uzun salat xiyarları isə təzə yemək üçün uyğundur. Hibrid növlər isə hər iki məqsəd üçün yararlıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az