Tibbi xəbərlər
Xərçəng riskini artıran gözlənilməz
Tibbi xəbərlər
443

Xərçəng riskini artıran gözlənilməz faktorun adı açıqlanıb

Qidada olan kif müəyyən xərçəng növlərinin inkişaf riskini artırır.

E-saglam.az xəbər verir ki, bu sözləri infeksionist Vladimir Neronov Gazeta.Ru ilə söhbətində deyib. 

Neronov bədxassəli hüceyrələrin böyüməsinin müəyyən növ kif göbələkləri tərəfindən istehsal olunan mikotoksinlərə məruz qalması səbəbindən baş verdiyini aydınlaşdırdı: "Məsələn, Aspergillus flavus və Aspergillus parasiticus, qaraciyər xərçənginə səbəb olan kanserogen olan aflatoksin istehsal edir.

Digər təhlükəli mikotoksin patulindir ki, o da potensial kanserogen aktivliyə malikdir. Bu da adətən xarab olmuş almalarda olur".

Həkim izah edib ki, mikotoksinlər hüceyrələrin DNT-sini zədələyir, bununla da xərçəng riskini artırır, göbələk sporları isə zəhərlənmə, qaraciyər və böyrəklərin zədələnməsi, immunitetin azalması və allergik reaksiyalara səbəb ola bilər. Bundan əlavə, immun sistemi zəif olan insanlarda onlar yoluxucu xəstəliklərin inkişafına səbəb ola bilər, deyə mütəxəssis yekunlaşdırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun