Yandex watch
Uşaqlıq xatirələri niyə unudulur? -

1905-ci ildə psixoanalitik Ziqmund Freyd apardığı bir araşdırmadan sonra erkən uşaqlıq xatirələrinin unudulduğuna dair fikir irəli sürüb. O, bunu “infantil amneziya” adlandırıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, yaxın zamana qədər tədqiqatçılar gənc beyinlərin qalıcı xatirələr formalaşdıracaq qədər inkişaf etmədiyini düşünürdülər.

Lakin 1980-ci illərdə aparılan araşdırmalar göstərdi ki, 2 yaşından kiçik uşaqlar xatirələr yarada bilib və bir neçə ay əvvəl baş verən hadisələri detallı şəkildə xatırlaya biliblər. Bundan əlavə, erkən uşaqlıq dövründə travmaya məruz qalmağın gələcəkdə narahatlıq və depressiya riskini artırdığı da sübut edilib.

Nyu-York Universitetindən Prof. Kristina Alberini bu paradoksun səbəbini beynin hipokampus adlı bölgəsinin inkişafı ilə izah edib. Bu bölgə yeni təcrübələr qazandıqca formalaşır və erkən xatirələr zamanla silinə bilər. Maraqlıdır ki, travmatik hadisələr birbaşa xatırlanmasa da, insanın emosional və psixoloji inkişafına təsir edə bilər.

Xatirələrin formalaşmasına mədəniyyət və ailə mühitinin də təsiri var. Yeni Zelanda Maorilərində ilk xatirələr orta hesabla 2,5 yaşdan başlayır. Bu, onların güclü şifahi ənənələrə sahib olması ilə izah edilir. Dilin və xatirələrin sözlə ifadə edilməsinin uşaqlıq anılarının uzunmüddətli yaddaşa keçidində mühüm rol oynadığı bildirilir.

Bəzi insanlar 2 yaşdan kiçik dövrə aid xatirələri olduğunu iddia etsələr də, araşdırmalar göstərir ki, bu xatirələr çox vaxt fotoşəkillərə və ya ailə hekayələrinə əsaslanan uydurma xatirələr olur.

Nəticə olaraq, erkən uşaqlıq xatirələrinin unudulması onların tamamilə itmədiyini göstərir. Bu xatirələr şüurlu formada xatırlanmasa da, insanın şəxsiyyətinin və emosional dünyasının formalaşmasında mühüm rol oynayır. (sfera.az)

E-saglam.az