Şizofreniya xəstəliyi nədir? - Əlamətləri və şizofreniyanın müalicəsi
Şizofreniya nədir?
Şizofreniya xəstələrin real və qeyri-real hadisələri ayırd edə bilməməsinə səbəb olan, emosiyaların idarə edilməsinə və normal davranışa mane olan ciddi beyin xəstəliyidir. Bu xəstəlik çox vaxt beyində yavaş-yavaş inkişaf edir, elə buna görə də ciddi fəsadla yaranmamış erkən diaqnostika və müalicə xəstəliyin idarə olunması üçün çox vacibdir.
Xəstəlik ümumiyyətlə təhrif edilmiş düşüncələr, varsanılar, qorxu və paranoyyadan ibarətdir. Televiziya serialları və filmləri şizofreniya xəstələrini aqressiv və təhlükəli şəkildə tanıtsa da, əslində belə deyil. Şizofreniya xəstələrinin əksəriyyətində şiddətə meyl yoxdur və bu xəstələr müalicə ilə dəstəklənsə dostları, ailəsi və ya tək başına həyatlarını cəmiyyət içində davam etdirə bilərlər.
Şizofreniya kəskinləşmə və remissiya dövrləri şəklində irəliləyən bir xəstəlikdir və bir çox psixiatrik xəstəliklərlə müqayisədə xəstələrin peşə və sosial həyatlarında daha çox mənfiliklər yaradır. Xəstəliyin kəskinləşmə dövrlərində real və qeyri-real elementləri bir-birindən ayırmaq mümkün olmadığı aydın olur. Bu vəziyyət psixoz adlanır və şizofreniya ən ağır psixotik xəstəliklərdən biridir. Semptomların şiddəti insandan insana və xəstəliyin şiddətinə görə dəyişir.
Şizofreniyanın əlamətləri nələrdir?
Bir çox xəstəliklərdə olduğu kimi şizofreniyada da xəstəliyin başlanğıcında simptomlar daha yüngül olur və bu dövrdə xəstənin yaxınları ancaq onun səhhətində nəyinsə düzgün olmadığını anlaya bilər. Xəstəliyin simptomlarına emosiya, düşüncə və davranışla bağlı müxtəlif problemlər daxildir. Bu kimi problemi olan insanlarda çox vaxt halüsinasiyalar və qeyri-mütəşəkkil nitq və özünü ifadə edə bilməmə kimi problemlər tez-tez rast gəlinir.
Bundan əlavə, şizofreniyanın simptomları:
- Şizofreniya xəstələri qeyri-real hadisələrə inanmağa meyllidirlər. Məsələn, pasiyent kiminsə ona obsesif aşiq olduğu, zərər gördüyü və ya təqib edildiyi, başqaları tərəfindən izlənildiyi və ya böyük bir fəlakətin baş verəcəyi barədə qeyri-real fikirlər və ya şübhələr ola bilər.
- Şizofreniyada çox rast gəlinən reallıqda olmayan şeyləri görmək və ya eşitmək kimi hallar halüsinasiyalar olaraq xarakterizə olunur. Bunlar şizofreniyalı insanlar tərəfindən tamamilə real olaraq hiss olunur və normal təcrübənin gücünə bərabərdir. Halüsinasiyalar istənilən mənada baş verə bilər, lakin adətən eşitmə şəklində olur.
- Mütəşəkkil olmayan düşüncə və nitq şizofreniyanın başqa bir ümumi simptomudur. Xəstələr danışarkən fikirlərini ifadə edə bilmirlər, suallara cavabları sualla qismən və ya tamamilə əlaqəsiz ola bilər, danışarkən mənasız sözlər, mənasız cümlələr işlədə bilər.
- Şizofreniya xəstələrində nizamsız motor hərəkətləri və davranışları görülə bilər. Uşaq hərəkətləri, həyəcan, diqqəti hədəfə cəmləməkdə çətinlik, lazımsız və şişirdilmiş hərəkətlər, göstərişlərə müqavimət, göstərişlərə müqavimət, yersiz və qəribə duruş nümunələri göstərilə bilər.
Şizofreniyanın səbəbləri nələrdir?
Şizofreniyanın dəqiq səbəbi müəyyən edilməmişdir. Lakin hər birimizə bu məlumdur ki, xəstəliyin yaranmasında beynin kimyəvi strukturunun pozulması, genetik və ətraf mühit faktorları rol oynayır. Ailədə şizofreniya və ya başqa bir psixoloji xəstəliyi olan insanların bu xəstəliyə tutulma ehtimalı daha yüksəkdir.
Xəstəliyin səbəbini araşdırmaq üçün aparılan “Neuroimaging” tədqiqatlarında şizofreniya xəstələrinin beyin və mərkəzi sinir sisteminin quruluşunun sağlam fərdlərinkindən fərqli olduğu qənaətinə gəlinmişdir. Dopamin və qlutomat kimi nevrotransmitterlərlə bağlı problemlərin beyin kimyası pozğunluqlarına səbəb olduğu düşünülür. Elm dünyası şizofreniya xəstələrinin sinir sistemindəki bu fərqlərin əhəmiyyətli olub olmadığı mövzusunda fikir birliyinə çatmasa da, şizofreniyanın bir beyin xəstəliyi olduğu düşünülür və mövzu ilə bağlı araşdırmalar bütün sürəti ilə davam edir.
Şizofreniya diaqnozu necə qoyulur?
Şizofreniya diaqnozu adətən xəstənin problemlərinin yaxınları tərəfindən müşahidə oldunduğundan sonra psixiatriya klinikalarına gətirilməsi ilə qoyulur. Şizofreniya ilə oxşar simptomları olan bir çox psixiatrik xəstəlik ola biləcəyi üçün mütəxəssislər şizofreniya simptomları testi, müayinə və diaqnostik testlərin köməyi ilə dəqiqləşdirdikdən sonra xəstəliyə şizofreniya diaqnozu qoyurlar.
Xəstəlikdə görülən əlamətlər maddə asılılığı, alkoqol istifadəsi və bəzi dərmanların yan təsirləri səbəbiylə də meydana çıxa bildiyi üçün problemlərin belə bir səbəbdən qaynaqlanmadığını araşdırılmalıdır. Bütün bu tətbiqlər nəticəsində şizofreniya diaqnozu qoyulan fərdlər üçün xəstəliyin şiddəti nəzərə alınaraq müalicə prosesi planlaşdırılır.
Şizofreniyanın müalicəsi
Şizofreniyanın müalicəsi xəstəliyin ilkin mərhələsində mövcud simptomların dərmanlar vasitəsi ilə kontrol altına alınması, xəstənin vəziyyətinin stabilləşdirilməsi və müalicəyə uyumlu hala gətirilməsindən ibarətdir. Erkən mərhələdə qoyulan diaqnoz və müalicə ilə xəstələrin çoxu mövcud işlərinə, ailə vəziyyətinə davam edə bilir.
Şizofreniya diaqnozu daha gec qoyulduqda və ya müalicələrdə axsamalar olduqda isə xəstəlik xronik vəziyyətə keçir. Bu zaman müalicənin əsas məqsədi xəstənin şəxsi gigiyenasına baxma, ev işləri və ya yüngül işlərdə işləyə bilmə, dostluq, qohumluq əlaqələrinin davam etdirə bilmək kimi xəstəlik səbəbi ilə itirilmiş sosiyal vəzifələrin yenidən qazandırılmasından ibarət olur. (uzman.az)