Yeni bir araşdırma göstərdi ki, ətraf mühit və həyat tərzi faktorları, sağlam qocalma və vaxtından əvvəl ölümə gəldikdə, genetikadan təxminən 10 dəfə daha vacibdir.
E-saglam.az xəbər verir ki, Oksford Universitetinin apardığı araşdırma çərçivəsində İngiltərədə yarım milyona yaxın insan müayinə olunub. Tədqiqatçılar iştirakçıların 22 xəstəlik üçün genetik risklərini təyin etdilər və piylənmə və yüksək qan təzyiqi kimi ümumi sağlamlıq problemlərini izlədilər. İştirakçıların qanından alınan zülal insanların bioloji olaraq nə qədər tez qocaldığını ölçmək üçün də istifadə edilib.
Tədqiqat ilkin olaraq 164 ətraf mühit faktoruna diqqət yetirib. Lakin bunlar həm ölüm, həm də bioloji qocalma ilə əlaqəli olan 25 əsas ölçüyə qədər kiçildildi. Bu amillər təhsil səviyyəsindən, ev təsərrüfatlarının gəlirlərindən, məşğulluqdan, yuxu səviyyələrindən, idmandan, siqaretdən, sosial dəstəkdən, zehni rifahdan, 10 yaşında bədən çəkisindən və insanın anasının doğulanda siqaret çəkib-çəkməməsindən tutmuş hər şeyi əhatə edirdi.
Təkcə bu amillər erkən ölüm riskində kiçik rol oynayır, lakin ömür boyu birləşdikdə riski artırır.
Araşdırmaya görə, genetik risklər demans, döş, prostat və kolorektal xərçənglər üçün daha böyük faktordur; Ağciyər, ürək və qaraciyər xəstəliklərində ətraf mühit faktorlarının daha vacib olduğu aşkar edilmişdir.
Tərcümə: Könül Oruc