Psixoloji travmaların nəsildən-nəslə keçə biləcəyi 200 ilə yaxındır ki, məlumdur. Bununla belə, alimlər bu travmaların təkcə psixoloji deyil, həm də fiziki cəhətdən müxtəlif dəyişikliklərə səbəb ola biləcəyini vurğulayırlar.
E-saglam.az xəbər verir ki, stress, narahatlıq və qorxu kimi güclü emosiyalar həmişə xarici amillərdən qaynaqlana bilməz. Bu hisslərin böyüklərimizdən miras qalma ehtimalını da unutmamalıyıq.
Travmanın təkcə psixoloji deyil, fiziki olaraq da keçə biləcəyini ifadə edən elm adamları mövzu ilə bağlı apardıqları son araşdırmalarda uşaq ikən ataları tərəfindən fiziki zorakılığa və zorakılığa məruz qalan 900-dən çox ananı müayinə ediblər. Araşdırmada bu anaların uşaqları da müayinə olunub.
"Epigenetics" jurnalında dərc edilən araşdırmada uşaqların göbək qanında DNT araşdırılıb və genlərdə zorakılığa məruz qalan qadınlarda görülən dəyişikliklərə bənzər dəyişikliklər aşkar edilib.
Genlərdəki bu dəyişikliklər epigenetik dəyişikliklər adlanır. Həyat tərzimiz nəticəsində baş verən bu dəyişikliklər sonradan fiziki sağlamlığımızı və ya emosional davranışımızı dəyişə bilər.
Tədqiqatçılar yeddi yaşlı uşaqların məktəb psixiatrik hesabatlarını araşdırdıqda, narahatlıq, qorxu və depressiya səviyyələrinin irsi gen dəyişiklikləri ilə sıx əlaqəli olduğunu aşkar etdilər.
Davranışlarımızı əvvəlki nəsillərdən miras ala biləcəyimiz fikri ilk dəfə fransız bioloqu Jan Batist Lamark tərəfindən irəli sürülüb, lakin o zaman bu fikir ələ salınıb.
Ancaq son illərdə aparılan laboratoriya təcrübələri bu nəzəriyyənin uşaqların böyüdüyü mühit baxımından deyil, həm də onların DNT-sindəki dəyişikliklər baxımından əhəmiyyətli olduğunu ortaya çıxarıb.
Epigenetika üzrə baş müəllim Dr. Chloe Wong deyir: "Travma almış anaların övladları stressi ana bətnində miras alırlar. Bundan əlavə, araşdırmalar göstərir ki, irsi stress bədəninizin və beyninizin qocalma sürətini belə artıra bilər və travmanın fiziki ötürülməsi mümkün ola bilər".
Tərcümə: Könül Oruc