Yaydan payız fəslinə keçdikdə günəşin şüalarının azalması nəticəsində istilik dəyişikliyinə məruz qalan maddələr mübadiləsi soyuq hava ilə mübarizə aparmaq üçün yavaş işləməyə başlayır. Maddələr mübadiləsi yavaşladığı üçün immunitet sistemi zəifləyir, xəstəliklərlə mübarizə apara bilmir və çəki nəzarətinə nail ola bilmir.
E-saglam.az-ın məlumatına görə, qida eksperti Fərid Səfərov deyir ki, fəsil dəyişkənliyi təkcə metabolizmimizə yox, eyni zamanda əhval-ruhiyyəmizə də təsir edir.
Bəs payız fəslində immunitetimizi gücləndirmək üçün necə qidalanmalıyıq?
- C vitamini ilə zəngin qidalar qəbul edin: itburnu, pomidor, soğan, yaşıl bibər, qırmızı bibər, cəfəri, brokoli, gül kələmi, ispanaq, portağal, limon, naringi, kivi kimi qidalar C vitaminin ən güclü qaynaqlarıdır.
- sink immunitet sistemini gücləndirir, maddələr mübadiləsini sürətləndirir, enerjili və pozitiv olmağa kömək edir: hinduşka əti, balqabaq tumu, dəniz məhsulları, küncüt, fındıq, badam, qoz, fıstıq sink ilə zəngindir.
- kalsium və proteinlə zəngin qidalanın. Kalsium su balansını təmin edir, şişkinliyi azaldır: süd, qatıq, kefir, ayran, pendir, yumurta, ət, toyuq, balıq ən yaxşı protein mənbəyidir.
- B12 vitaminin azlığı sinir sisteminin zədələnməsinə, depressiyaya, yaddaş itkisinə səbəb ola bilər: yumurta, ət, balıq, süd, pendir, qatıq kimi qidalarda B12 vitamini vardır.
- balıq, qoz, kətan toxumu, avakado, pərpətöyün kimi qidalarda Omega 3 var.
- D vitamini səviyyəsini nəzarətdə saxlamaq vacibdir, bunun üçün qızıl balıq, yumurta, süd və.s kimi qidalar qəbul etmək olar.
- bağırsaqlarımızın düzgün işləməsi üçün tərkibində probiotik olan qidalar qəbul edin: qatıq, kefir, pendir, alma sirkəsi.
- davamlı şəkildə su için.
- davamlı və düzgün yuxu rejimi qurun. Nizamsız yuxu immunitet sisteminə mənfi təsir göstərir və orqanizmin düzgün işləməməsinə səbəb olur.
Könül Oruc