Yandex watch
Partnyorunuzun səs tonu münasibətinizin

Münasibətlər yalnız duyğularla deyil, bədənin reaksiya və refleksləri ilə də formalaşır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, son araşdırmalara görə, partnyorun səs tonu münasibətin emosional yükünü, ünsiyyətin keyfiyyətini və əlaqənin davamlılığını düşündüyümüzdən daha çox şəkildə təsir edir.

Səs tonu niyə bu qədər vacibdir?

Mütəxəssislər bildirir ki, intonasiya, ritm və vurğular qarşı tərəfin beynində və bədənində birbaşa fizioloji reaksiya yaradır. Xüsusilə mübahisələr zamanı sərt və gərgin səs tonu stress hormonunun səviyyəsini artırır.

Daimi gərginlik bədənə təsir edir

Uzunmüddətli münasibətlərdə mənfi tonlara məruz qalan insanlarda yuxusuzluq, narahatlıq, ürək ritmində dəyişikliklər və həzm pozuntuları daha çox müşahidə olunur. Klinik psixoloqlar vurğulayır ki, bu cür neqativ stimullar emosional bağların zəifləməsinə, nəticədə münasibətin qırılmasına səbəb ola bilər.

Beyin səs tonunu necə qəbul edir?

Neyrologiya araşdırmaları göstərir ki, beyin eyni cümləni müxtəlif səs tonlarında fərqli şəkildə şərh edir. Təhdid, yaxınlıq və ya müdafiə hissləri bu tona görə aktivləşə bilər. Əgər səs tonu alçaldıcı, istehzalı və ya passiv-aqressivdirsə, bu, qarşı tərəfdə emosional zərbə ilə yanaşı, özünə inamın azalmasına və psixosomatik simptomlara yol aça bilər.

Yekun olaraq, münasibətlərdə təkcə nə dediyiniz deyil, necə dediyiniz də çox önəmlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az