Faydalı
Oruc tutanlar buna çarə axtarır: Ağız qoxusundan
Faydalı

Oruc tutanlar buna çarə axtarır: Ağız qoxusundan necə qurtulmaq olar?

Ramazan ayının gəlişi ilə oruc tutmağa başlayan vətəndaşlar ağız qoxusunun qarşısını almağın yollarını axtarır. Ağız boşluğunun gigiyenası, aclıq, susuzluq və bir çox başqa səbəblərdən yarana bilən ağız qoxusunun qarşısını almağın bir neçə yolu var.

E-saglam.az oruc tutarkən ağız qoxusunu aradan qaldırmağın yollarını təqdim edir:

- İftardan və xüsusilə imsakdan sonra dişlərinizi və dilinizi (xüsusilə yemək və bakterial qalıqları təmizləmək üçün dad qönçələrinin ətrafını) müntəzəm olaraq fırçalayın.

- Diş ipindən istifadə edin (qida və bakterial qalıqları təmizləyərək diş fırçasının çata bilmədiyi nahiyədə bakteriyaların artmasının qarşısını alır).

- Ramazanda soğan, sarımsaq kimi qidalardan çox istifadə etməyin. Bu qidaların qəbulu nəticəsində uçucu aromatik birləşmələr qana keçir və ağciyərlərdən xaric edilərkən ağız qoxusuna səbəb olur.

- Siqaret istehlakını azaldın. Siqaret ağızda quruluq və ağız qoxusuna səbəb olur, diş əti xəstəliklərinə də yol açır.

- Gecə yatarkən çıxarıla bilən protezlərinizi çıxarın və təmizləyin və səhər yenidən taxın.

- Köhnə körpü və protezlərinizi yeniləyin və müalicəniz üçün Ramazan ayının sonuna qədər gözləməyin. Köhnə körpülər və protezlər zamanla qida yığılmasına səbəb olaraq ağız qoxusuna səbəb ola bilər.

- Tərkibində ksilitol olan şəkərsiz saqqız çeynəyin. Bu tip saqqızlar tüpürcək ifrazınızı artıraraq ağzınızı təmizləməyə kömək edir (tüpürcək tərkibindəki güclü fermentlər və bakteriya öldürücü antibiotiklər sayəsində ağız qoxusuna qarşı mübarizə aparan güclü mayedir).

- Müvafiq qida və içkilərdə darçın istifadə edərək ağız bakteriyalarını azaldın.

- Un, şəkər, qlükoza/fruktoza siropu ilə şirinləşdirilmiş qidalardan uzaq durun. Bu növ qidalar ağız qoxusuna səbəb olan bakteriyalar üçün əla qida mənbəyidir.

- İftar və imsakda bol su için. Bol su içmək dilinizin qurumasının qarşısını alır. Ağızda bakteriyaları minimuma endirir və tüpürcək ifrazını artıraraq ağız qoxusunu azaldır.

- Pomidor, kərəviz, pırasa, cəfəri və alma kimi tərkibində çox su olan tərəvəz və meyvələrdən istifadə edin.

- Loxmanızı yaxşıca çeynəyin. Bu sayədə yediyiniz yeməklər tüpürcəyinizlə yaxşı qarışacaq və yeməklərin ağzınızda qalma ehtimalını azaldacaq.

- Gecələr burnunuz tıxanmış formada yatmayın. Burun tıxanıqlığı ağız və boğaz quruluğuna səbəb olur, çünki ağızdan nəfəs alır və bakteriyaların böyüməsi üçün uyğun bir mühit yaradır.

- Ramazan ayında diş müayinəsi və peşəkar təmizlik üçün diş həkiminizə baş çəkin. Diş həkiminizin tövsiyələrini nəzərə alaraq diş sağlamlığına və ağız baxımına diqqət yetirməyi laqeyd yanaşmayın.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun