Sağlamlıq
Ömürdən 10 il aparır:
Sağlamlıq

Ömürdən 10 il aparır: Qaraciyəri çürüdür, böyrəkləri sıradan çıxarır

Şəkər gündəlik həyatda geniş istifadə edilən bir dadlandırıcıdır, lakin həddindən artıq istehlakı sağlamlıq üçün ciddi risklər yaradır.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, şəkər, xüsusilə fruktoza, qaraciyərdə yağ yığılmasını artırır və yağlanma riskini yüksəldir. Bu proses zamanla qaraciyər sirozu və orqan çatışmazlığına səbəb ola bilər.

Eyni zamanda, şəkər enerji versə də, qida dəyəri yoxdur və həddindən artıq istifadəsi piylənmə, metabolik sindrom və ödemlə nəticələnə bilər.

Şəkərli qidalar və içkilər insulin müqavimətini artırır, bu da 2-ci tip diabet riskini artırır. Həmçinin, şəkər ağız bakteriyalarının çoxalmasına şərait yaradır və diş çürüməsinə, mina eroziyasına səbəb olur.

Həddindən artıq şəkər istehlakı qan təzyiqini artırır, xolesterolu yüksəldir və infarkt, insult kimi ürək-damar problemlərinə yol açır.

Şəkər bağırsaq mikrobiotasını dəyişdirərək bağırsaq problemlərinə və iltihaba səbəb ola bilər.

Qanda şəkərin sürətlə artıb-azalması enerji səviyyəsinə və əhval-ruhiyyəyə təsir edir, bu da psixoloji pozğunluqlara gətirib çıxara bilər.

Bundan əlavə, şəkər immunitet sisteminə mənfi təsir göstərərək bədəni xəstəliklərə qarşı zəiflədir.

Şəkər həyatımızın bir parçası olsa da, onun həddindən artıq istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Sağlam həyat üçün şəkərin miqdarını məhdudlaşdırmaq, işlənmiş qidalar və içkilərdən uzaq durmaq, təbii şəkər mənbələrindən istifadə etmək tövsiyə olunur. Balanslı qidalanma sağlamlığın əsas şərtidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun