Qidalanma
Mədəsində problem olanlara zərərli olan qidalar –
Qidalanma

Mədəsində problem olanlara zərərli olan qidalar – SİYAHI

E-saglam.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-gastroenteroloq Oleq Baykov danışıb.

O, mədə iltihabını artıran və yaraların yaranmasına səbəb ola biləcək bəzi qidaları açıqlayıb.

Birinci qrup məhsullar - acılı və ədviyyatlı yeməklər

Həkimin dediyinə görə, acı ədviyyatlar (bibər, xardal, çili və s.) mədədəki turşuluğun artmasına səbəb ola bilər. Bu, turşu istehsalının çoxalmasına və selikli qişanın zədələnmə ehtimalının yüksəlməsinə səbəb olur. Ayrıca, acı qidalar sfinkterin düzgün fəaliyyətini pozaraq, qastroezofageal reflü xəstəliyinə yol açır ki, bu da mədə yarasının digər mühüm səbəbidir.

İkinci qrup məhsullar - yağlı və qızardılmış yeməklər

Yağlı yeməklər, xüsusilə qızardılmışlar, həzm sisteminə çox yüklənir. Bu cür qidalar mədənin boşalmasını yavaşladaraq, turşuluğun artmasına və sistemin daimi stress vəziyyətinə girməsinə səbəb olur. Bu vəziyyət selikli qişanın zədələnməsinə və mədə yarasının inkişafına gətirib çıxara bilər.

Üçüncü qrup məhsullar - qəhvə və yüksək miqdarda kofein tərkibli içkilər

Həkimin sözlərinə görə, qəhvə və digər kofeinli içkilər (məsələn, enerji içkiləri) mədədə turşu istehsalını stimullaşdırır. Bu bəzi hallarda faydalı ola bilər, amma mədə yarasına meyilli insanlar üçün ciddi risk faktorudur. Qəhvə həm də mədənin boşalmasını sürətləndirərək, onun divarlarına əlavə mexaniki təsir göstərir.

Dördüncü qrup - alkoqol

Alkoqol mədənin selikli qişası üçün ən tanınmış qıcıqlandırıcılardan biridir. O, mədə divarlarının qoruyucu təbəqələrini pozur, damarların keçiriciliyini artırır və iltihablanmanı gücləndirir. Alkoqolun davamlı və həddindən artıq istifadəsi mədə şirəsinin turşuluğunu artıraraq, eroziv qastrit və mədə yarasının yaranmasına səbəb olur.

Beşinci qrup məhsullar - yüksək turşuluqlu məhsullar

Bu qidalara sitrus meyvələri, pomidor, alma və sirkə aiddir. Bu məhsullar mədədə iltihabı gücləndirir. Yüksək turşuluq selikli qişanın zədələnməsini asanlaşdırır və bunun nəticəsində yaralar meydana çıxır. Xüsusilə acqarına turşu tərkibli məhsulların istehlakı təhlükəlidir.

Altıncı qrup - qazlı içkilər

Şirin qazlı içkilər, karbon-dioksid və şəkər tərkibi ilə həzm sisteminə əlavə yük yaradır. İçkilərdəki qaz mədədə qazın yaranmasına və orada təzyiqin artmasına səbəb olur. Şəkər və süni əlavələrin yüksək miqdarı isə mikroorqanizmlərin balansını pozaraq, iltihab proseslərinin inkişafına şərait yaradır.

Yeddinci qrup məhsullar - trans yağlarla zəngin məhsullar (məsələn, marqarin, fastfud).

Bu yağlar orqanizmdə iltihabı artırır və mədədəki hüceyrə membranlarının düzgün fəaliyyətini pozur. Trans yağlar həm də hüceyrələrin müdafiə mexanizmlərinin effektivliyini azaldır, bu da xroniki iltihabın inkişafına gətirib çıxara bilər.

Sonda, həkim balanslı qidalanmanı tövsiyə edərək, xüsusilə qastrit və mədə yarasına meyilli olan şəxslərin həddindən artıq yeməkdən çəkinmələrini məsləhət görüb.(oxu.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun