
Alimlərin apardığı yeni araşdırma kosmosda həyatın düşünüldüyündən daha mümkün və yaxın olduğunu iddia edən araşdırmanı yekunlaşdırıb.

E-saglam.az xəbər verir ki, araşdırmaya görə, Yer kürəsində həyat düşündüyümüzdən daha az qeyri-adi ola bilər.
Alimlər kosmosda həyatın əvvəllər düşünüldüyündən çox daha mümkün ola biləcəyini ortaya qoyan yeni bir araşdırma aparıblar.
Uzun illər “sərt addımlar” nəzəriyyəsi ağıllı həyatın mövcud olması üçün bir sıra mümkün olmayan hadisələrin baş verməsi lazım olduğunu iddia edirdi. Lakin yeni tapıntılar göstərir ki, bu proseslər ilk göründüyü kimi o qədər də qeyri-mümkün və ya çətin deyil. Əslində həyatın təkamül yolu ilə inkişafının daha sadə ola biləcəyi ifadə edilir.
Pensilvaniya Dövlət Universitetinin yer elmləri professoru və tədqiqatın həmmüəllifi Cennifer Macaladi, "Bu, həyatın tarixi haqqında düşüncə tərzimizdə əhəmiyyətli bir dəyişiklikdir", - dedi. Macaladi vurğuladı ki, mürəkkəb həyatın təkamülü təsadüfi bir məsələ deyil, həyat və onun ətraf mühiti arasında qarşılıqlı təsir ola bilər, onlar kainatdakı yerimizi anlamaq üçün maraqlı yeni tədqiqat yolları açır.
Adi müdrikliyin əksinə olaraq, tədqiqatçılar həyatın qlobal ekoloji şəraitin uyğun olduğu zaman meydana gəldiyini iddia edirlər. Bu proses planet həyatının inkişafında nisbətən proqnozlaşdırıla bilən proses hesab olunur.
Pensilvaniya Universitetində Macaladinin astrobiologiya laboratoriyasında işləyən Mills, ağıllı həyatın mövcud olması üçün bir sıra şanslı hadisələrə ehtiyac olmadığını qeyd etdi. “İnsanlar Yer kürəsinin tarixində “erkən” və ya “gec” deyil, şərtlər uyğun olanda “vaxtında” inkişaf etmişdir. “Bəlkə bu, sadəcə bir zaman məsələsidir və digər planetlər bu şərtlərə daha tez çata bilər, bəziləri isə daha uzun çəkə bilər.
Yeni araşdırmanın arxasında duran tədqiqatçılar inanclarını yoxlamaq üçün bir sıra üsullar təklif edirlər. Bu çətin addımların planetimizə xas olub-olmadığını öyrənmək üçün digər planetləri araşdırmaq və ya bu proseslərin Yer kürəsində bir neçə dəfə baş verib-vermədiyini öyrənmək üçün planetimizə yenidən baxmaq kimi yanaşmalar nəzərdən keçirilir.
Araşdırma “Science Advances” jurnalında dərc olunan “Ağıllı həyatın təkamülü üçün “çətin addımlar” modelinin yenidən qiymətləndirilməsi” başlıqlı məqalədə ictimaiyyətə açıqlanıb.
Tərcümə: Könül Oruc