Faydalı
Gündə 10 000 addım atmaq fitnesi əvəz edir? Sağlamlıq haqqında 5 ən populyar əfsanə
Faydalı

Gündə 10 000 addım atmaq fitnesi əvəz edir? Sağlamlıq haqqında 5 ən populyar əfsanə

Sağlamlıq barəsində doğru məlumat qədər əfsanələr mövcuddur.

Sizə bu istiqamətdə ən populyar əfsanələri təqdim edirik.

Gündə 10 000 addım atmaq fitnesi əvəz edir

Bu gün hamımızın smartfonunda addımölçən var. Gündə 10 min addın gündəlik fəallığın qızıl standartına çevrilib. Lakin bu rəqəmlərin alıtnda alimlərin tədqiqatları yox, 1956-cı ilə aid yapon addımölçənlərin reklamı durur. 10 000 rəqimi elə-belə seçilib. Düzdür bu “nə qədər çox hərəkət edirsən, o qədər sağlamsan”postulatına zidd deyil.

Yeri gəlmişkən, Britaniyanın Bakli Unibersitetinin araşdırmasına əsasən, orqanizmi tonusda saxlamaq üçün həftədə ən azı 150 dəqiqə hərəkət etmək lazımdır.

Gündə səkkiz stəkan su içmək lazımdır

Bu inanc da hardansa insanların beyninə hopub. İş o dərəcəyə çatıb ki, Amerikanın psixoloqlar cəmiyyəti bu iddia ilə bağlı tədqiqat aparıb.

Məlum olub ki, bu iddia ilə bağlı heç bir elmi araşdırma yoxdur. Əksinə, biz qida məhsullarındanda da maye qəbul etdiyimiz üçün bu qədər su artıqdır.

Süd içmək xeyirlidir

Hesab edilir ki, süd həzm sisteminə kömək edir və ümumiyyətlə eyirlidir. Lakin “ABC News” dərgisində dərc edilən araşdırmaya əsasən yetkinlik həddinə çatmış insanların 60% südün tərkibində olan laktozanı həzm edə bilmir.

Qeyd etmək lazımdır ki, eyni hal digər məməlilərdə də müşahidə olunur. Təkamül elə bir sistem qurub ki, böyüklər balacaların qidasını əlindən ala bilməsin.

Qəlyanaltı etməmək sənin metabolizmini məhv edir

Bir çoxumuz əminik ki, əsas qida qəbulu vaxtı səhərdir. Yəni, qəlyanaltı etməsək metabolizmimiz sıradan çıxacaq. Lakin bunun sənin çəkinlə heç bir əlaqəsi yoxdur. Əgər səhər ac deyilsənsə zorla yemək məcburiyyətində deyilsən.

Meyvə şirəsi pəhirizi orqanizmini toksinlərdən təmizləyəcək

Artıq kokteyl və smuzzi reseptlərini öyrənmək məcburiyyətində deyilsən. Harvard Universitetinin alimləri hesab edir ki, sənin orqanizmini toksinlərdən təmizlyəcək hər şey artıq bədənində var Söhbət qara ciyər və böyrəklərdən gedir.

Demək olar ki, hər meyvə şirəsində pəhrizə mənfi təsir edən şəkər olur. Bir sözlə, meyvə yesən daha yaxşıdır.

Mənbə: gent.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun