British Journal of Ophthalmology jurnalında dərc edilən yeni bir araşdırma bu mövzuda diqqətəlayiq bir həqiqəti ortaya çıxarıb. Uzunömürlülüyünüz haqqında bir ipucu əldə etmək istəyirsinizsə, araşdırmalara görə gözlərinizə baxmaq kifayətdir.
E-saglam.az xəbər verir ki, beynəlxalq bir qrup tərəfindən aparılan bu araşdırma tor qişanın bioloji yaşı ilə bir insanın ölüm riski arasında təəccüblü əlaqə olduğunu ortaya qoydu. Tədqiqat ümumilikdə 47 min iştirakçının məlumatları ilə aparılıb.
Gözümüzün arxasında yerləşən və vizual məlumatları qeyd edən tor qişa bioloji yaşımızla bağlı müxtəlif ipucları daşıyır. Torlu qişanın bioloji yaşından daha yaşlı olduğu müşahidə edilən fərdlərin sonrakı 10 ildə ölüm riskinin daha yüksək olduğu bildirilib.
Tədqiqatçılar fərdin tor qişasının yaşını təyin etmək üçün dərin öyrənmə texnologiyasından istifadə ediblər. Sağlamlığı yaxşı olan iştirakçılardan əldə edilən 19.200 fundus təsvirindən istifadə etməklə modelin skan edilməsinin təsdiqlənməsi həyata keçirilib. Bu analiz, təxmin edilən retina yaşı ilə faktiki yaş arasında üç il yarımlıq ümumi dəqiqliyi tapdı.
Tədqiqat torlu qişanın yaşının fərdlərin “sürətli qocalma” kateqoriyasında olub-olmadığını göstərir. Məlumata görə, bioloji yaş ilə torlu qişanın yaşı arasında 5 illik fərq iştirakçıların 28%-də aşkar edilibsə, bu fərq 4,5%-də 10 ildən çox olub.
Tədqiqatçılar qeyd ediblər ki, bu fərqlər təkcə ürək xəstəliyi və ya xərçəng kimi xəstəliklərin proqnozlaşdırıcısı deyil, həm də müxtəlif ölüm riskləri ilə əlaqələndirilə bilər.
Bu araşdırmada torlu qişa yaşının qocalmanın bioloji göstəricisi kimi vurğulandığı da ifadə edildi.
Torlu qişa yaşının ölüm riski ilə düz mütənasib olduğunu ortaya qoyan bu araşdırma, yaş, qan təzyiqi, bədən kütlə indeksi, etnik mənsubiyyət və fərdlərin həyat tərzi kimi faktorların da bu əlaqədə mühüm rol oynadığını göstərdi.
Alimlər hesab edirlər ki, bu tapıntılar fərdlərə sağlamlıq vəziyyətlərini izləmək və gələcəkdə profilaktik tibbdə istifadə etmək imkanı verə bilər.
Tərcümə: Könül Oruc