Yandex watch
Elm nə deyir?

Səhər yeməyi süfrələrinin vazkeçilməz hissəsi olan pendir ən çox istifadə edilən qidalardan biridir. Yeni bir araşdırma, pendir istehlakının xərçəng, ürək xəstəliyi və qaraciyər çatışmazlığı kimi sağlamlıq problemlərindən vaxtından əvvəl ölüm riskinə təsir edə biləcəyini müəyyən etdi.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Oksford Universitetinin mütəxəssisləri, yediyimiz pendirlə yanaşı, müxtəlif ətraf mühit və həyat tərzi faktorlarının da ölüm riskimizin müəyyən edilməsində mühüm rol oynadığını vurğuladılar. Bu amillərə yuxu çatışmazlığı, ailə vəziyyəti, yaşayış şəraiti, siqaret vərdişləri və idman səviyyəsi daxildir.

Tədqiqat yarım milyon britaniyalının izlənilməsi ilə aparılıb və ölüm riskinə təsir edə biləcək 23 ətraf mühit faktoru müəyyən edilib.

Bunların arasında pendir yemək kimi amillər önə çıxır. Həmçinin məlum olub ki, bu amillər genetik təsirlərdən qat-qat böyük rol oynayır, genetik faktorlar ölüm riskinə yalnız 2 faiz cüzi təsir göstərir.

Araşdırmaya görə, idman səviyyəsi, siqaret çəkmə vərdişləri və uşaqlıqda artıq çəki kimi faktorlar xərçəng kimi bir çox xəstəliyin gedişatına və vaxtından əvvəl ölüm riskinə birbaşa təsir edə bilər. Məsələn, siqaret, sosial-iqtisadi vəziyyət və fiziki fəaliyyət kimi amillərin ağciyər xərçəngi kimi xəstəliklərlə güclü əlaqəsi olduğu aşkar edilmişdir.

Mütəxəssislər araşdırmanın səhiyyə siyasətini təkmilləşdirmək üçün mühüm fürsət yaratdığını bildirərək, yoxsulluq kimi ekoloji faktorların aradan qaldırılmasının vacibliyini vurğuladılar. Erkən yaşlarda yaşanan ətraf mühit faktorlarının uzun müddətdə xəstəliklərə tutulma riskini artıra biləcəyi də ifadə edildi.

Prof. Cornelia van Duijn, bu araşdırmanın sağlamlığımıza təsir edən faktorların yalnız genetik olmadığını və fərdlərin həyat tərzini dəyişdirərək böyük fərq yarada biləcəyini göstərdiyini söylədi. Tədqiqatlar göstərir ki, siqaret çəkmə, sosial-iqtisadi vəziyyət, fiziki fəaliyyət və digər ətraf mühit amilləri sağlamlığa dərin təsir göstərə bilər.

Digər tərəfdən, bu araşdırma genetik faktorların bəzi xəstəliklərə təsirini də ortaya qoydu. Xüsusilə demans kimi hallarda ətraf mühit faktorlarının daha az rol oynadığı vurğulanıb.

Tədqiqatın nəticələri insanların bioloji qocalmasını qiymətləndirir və ətraf mühit faktorlarının həyatın ilk dövrlərindən etibarən sürətləndirici təsir göstərdiyini göstərir. Bu tapıntılar yaşa bağlı xəstəliklərin və vaxtından əvvəl ölümün qarşısının alınmasında sosial bərabərsizliklərin aradan qaldırılmasının və sağlam davranışların təşviqinin vacibliyini vurğulayır.

Araşdırmanın nəticələri səhiyyə siyasətində güclü addımların atılmasının zəruriliyini bir daha ortaya qoyur.

Tərcümə: Könül Oruc

E-saglam.az